Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Daxili İşlər Nazirliyinin əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik etdi

01 iyul 2021 | 11:00

Hörmətli Daxili İşlər Nazirliyinin əməkdaşları!

Sizi “2 İyul – Polis İşçilərinin Peşə Bayramı Günü” münasibətilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, fədəkar, şərəfli, əzmli işnizdə və gələcək fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm.

Bu gün Azərbaycan polisinin yaradılmasından 103 il ötür. 

Şəxsi heyətin milli dövlətçilik ideologiyası ruhunda formalaşmasının nəticəsi olaraq, 1988-ci ildən başlayaraq Ermənistanın hərbi təcavüzünə qarşı Vətənin müdafiəsinə ilk olaraq qalxan və uzun müddət rəşadətlə vuruşan yeganə nizami qüvvə polis və sonralar isə Daxili Qoşun hissələri olmuşdur.

Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Daxili İşlər Orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin peşəkarlığının artırılmasına öz töhfəsini vermişdir. Ulu öndər Heydər Əliyev polis orqanlarının formalaşmasında xüsusi rol oynamışdır. Məhz onun rəhbərliyi ilə Azərbaycanda müasir polis orqanları yaranmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-ni “Azərbaycan Polisi Günü” elan etmişdir.

Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, beynəlxalq standartlara uyğunlaşdırılır. Azərbaycan polisinin fəaliyyəti səmərəli, dövlət və xalq üçün əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan polisinə diqqət və qayğı hər zaman uğurla həyata keçirilir. Möhtərəm Prezidentin təşəbbüsü ilə struktur islahatlarının aparılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, vətəndaşlara xidmət və asayişin təminatının mütərəqqi formalarının tətbiq edilməsi üzrə əhəmiyyətli işlər görülür.

Müstəqil Azərbaycan polisi əhalinin sabit, təhlükəsiz və rahat şəraitdə yaşamasını, dövlətin qüdrətlənməsini, cinayətkarlığın səviyyəsinin azalmasını təmin edir.

Tariximizin önəmli və parlaq dövrünü yaşayırıq. Uzun illərdir erməni işğalı altında qalan qədim torpaqlarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 gün davam edən müharibə nəticəsində azad olundu. Bu Şanlı Qələbədə Daxili İşlər Nazirliyinin əməkdaşlarının da əməyi danılmazdır. Azərbaycanın uğurlu inkişafını bundan sonra da təmin edəcəyik.

Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmləndirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcəkdir.

Əminəm ki, polis işçiləri həmişə olduğu kimi, dövlətə, dövlətçiliyə öz sədaqətini göstərəcəklər.

Bayramınız mübarək, hörmətli Polis əməkdaşları!

Hörmətlə,

Elxan Allahverdiyev
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı

Keçidlər