Binəqədi rayonunda talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara dəstək məqsədi ilə növbəti qanvermə aksiyası keçirilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara dəstək məqsədi ilə Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində növbəti qanvermə aksiyası keçirilmişdir. Aksiyada Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, tibb işçiləri və rayon ictimayyəti fəal iştirak etmişdir.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlıq durumu əvvəlcədən müəyyən olunub və tibbi müayinədən sonra onlardan qan götürülməsinə icazə verilmişdir.
Götürülən qan ehtiyatları yoxlanılaraq talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaqdır.