Şriftin ölçüsü :

Saytın rəngi :

14 iyul 1969-cu il ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinə həsr olunmuş “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” adlı tədbir

13 iyul 2021 | 11:00

13 iyul 2021-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda  ilk dəfə siyasi hakimiyyətə  gəlişinə həsr olunmuş “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirilmişdir.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Regional məsələlər Komitəsinin üzvü Səbinə Xasayeva, “İki sahil” qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Vüqar Rəhimzadə, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının şöbə müdirləri, Binəqədi rayon Gənclər və İdman  İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustayev, orta ümumtəhsil məktəblərinin direktorları, məktəbəqədər təhsil müəssisələrinin, mədəniyyət müəssisələrinin, ictimai birliklərin rəhbərləri və rayon gəncləri iştirak edirdilər.

Tədbirdən öncə ulu öndər Heydər Əliyevin büstünün qarşısına əklil qoyuldu və gül dəstələri düzüldü.

Ulu Öndər və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” adlı videoçarxın nümayişindən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev bildirdi ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi  var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə,  xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.

Daha sonra Vüqar Rəhimzadə geniş məruzə nitqi ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayıb əlavə etdi ki, 14 iyul xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunmuşdur. 14 iyul 1969-cu il Ulu Öndərin Azərbaycanda siyasi olimpə yüksəldiyi gündür. Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cu ilin iyunundan 2003-cü il oktyabrınadək Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir. İstər Sovetlər Birliyi, istərsə də Mustəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət Heydər Əliyevin mubarizə devizi və həyat idealı olmuşdur. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı.

Daha sonra çıxış edən digər natiqlər – Kəmaləddin Qafarov, Səbinə Xasayeva və Ramiz Göyüşov  Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından geniş məlumat verdilər. Həmçinin Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər gördüyündən bəhs edərək əlavə etdilər ki, “Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır və İlham Əliyev təkcə Prezident kimi deyil, həm də bir oğul kimi də öz üzərinə böyük məsuliyyət götürərək həm ata vəsiyyətini, həm də Prezident andını yerinə yetirdi.”

Tədbirin bədii hissəsində isə Bakı şəhəri Binəqədi rayonu Emin Əliyev adına 297 № li tam orta məktəbin 7a sinif şagirdi Nərgiz Mirzəyeva özünün müəllifi olduğu “Bizim Heydər babamız” adlı şeiri, 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “İlahə” xalq çalğı alətləri ansambılının müşayiəti ilə Aynur Həziyevə “Sən elə bir Zirvəsən!” və Səməd Ağalarov “Heydərbaba” mahnılarını ifa etdilər.

Keçidlər