Binəqədi rayonunda vaksinasiya prosesi uğurla davam etdirilir
Binəqədi rayonunda fəaliyyət göstərən tibb müəssisələrində "Azərbaycan Respublikasında "COVID-19" xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə bütün qəsəbələrdə yaradılmış mobil qruplar tərəfindən gündəlik reydlər aparılır. Ticarət, iaşə və xidmət obyektlərində həyata keçirilən reydlərdə, həmçinin, vətəndaşlara zərurət olmadan digər şəxslərlə təmasdan uzaq olmaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanır.
Eyni zamanda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğu və dövlət tərəfindən həyata keçirilən bu tədbirlərin əhalinin infeksiyadan xilas olması üçün düşünüldüyü, eləcə də, bununla bağlı hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyü vətəndaşlara ətraflı izah olunur.