Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yerləşən “Güllə yağışı” abidəsinin önündə “20 Yanvar” faciəsinin 24-cü ildönümü qeyd edildi

18 yanvar 2014 | 11:00

Tədbirdə RİH başçısının müavinləri, RİH başçısı Aparatın şöbə müdirləri, Rayon hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, 20 Yanvar şəhidlərinin ailələri, faciədə əlil olmuş şəxslər, müəllimlər və orta məktəb şagirdləri iştirak edirdi.
Anım tədbirində çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Azərbaycanın azadlığı yolunda şəhid olan “20 Yanvar” faciəsinin qurbanlarının öz qanları ilə tariximizə əbədiyyət salnaməsi yazdığını diqqətə çatdırdı.
Hadisənin canlı şahidi kimi “20 Yanvar” cəmiyyəti Binəqədi rayon şöbəsinin sədri Ağarza Xankişiyev o gecənin dəhşətləri barədə danışdı. O vurğuladı ki, hazırda 20 Yanvar faciəsində şəhid olanların ailələri, eləcə də sağlamlıqlarını itirmiş şəxslər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar.
Mərasim, rayon ictimaiyyətinin nümayəndələrinin “Güllə yağışı” abidəsinin önünə tər çiçəklər düzməsi ilə yekunlaşdı.

Keçidlər