Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri seçildi
10 sentyabr 2021 | 11:00
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilmişdir. İclasda Bakı şəhərinin rayonlarına yeni sədrlərin təyin olunması məsələsi müzakirə olunmuşdur.
Belə ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri seçilmişdir.
Bu münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi adından Vüsar İsmayılovu təbrik edir və ona gələcək fəaliyyətində uğurlar arzu edirik!