Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Dövlət Musiqili Dram Teatrının ifasında “Yanvarın iyirminci günü” ədəbi-bədii kompozisiya nümayiş etdirildi

18 yanvar 2014 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən imzalanmış “20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 10 yanvar 2014-cü il tarixli 5 saylı sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına nəzərdə tutulmuş silsilə tədbirlərin davamı olaraq, Binəqədi rayonu 3 saylı tam orta məktəbdə faciə qurbanlarının xatirəsinə həsr olunmuş səhnə nümayiş etdirildi. Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşının, məktəbin müəllim və şagird kontingenti, eləcə də valideynlərin iştirakı ilə keçirilən tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının ifasında “Yanvarın iyirminci günü” ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Teatrın hazırladığı kompozisiyada “20 Yanvar” faciəsinin mahiyyəti bədii lirikanın dili ilə tamaşaçılara çatdırıldı, hadisənin Azərbaycan tarixinin qürurverici səhifələrindən olduğu vurğulandı.

Keçidlər