28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi
2014-cü il yanvarın 14-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.
Yığıncaqda 28 May qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlipaşa Xankişiyev hesabatla çıxış etdi. Sonra hesabat ətrafında müzakirələr oldu.
Qəsəbə sakinləri Oruc Gərayev, Xandadaş Gülverdiyev və Qasım Gülverdiyev çıxış edərək Rayon İcra Hakimiyyəti başçısına qəsəbə ərazisində apardığı abadlıq-quruculuq işlərinə görə minnətdarlıqlarını bildirərək, qəsəbədə bəzi sosial məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov nümayəndəliyin 2013-cü ildə gördüyü işlərə münasibət bildirərək onun fəaliyyətində nöqsan və çatışmazlıqların olduğunu qeyd etdi, cari ildə qəsəbənin sosial-iqtisadi inkişafında görüləcək tədbirlərdən danışdı.
Hesabat yığıncağının yekununda müvafiq qərar qəbul olundu.