Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Quliyev Ramin Rizvan oğlunun doğum günüdür.
Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər.
Ürəyi Vətən eşqi ilə döyünən igidlərdən biri də Ramin Quliyevdir.
Bu gün onun doğum günüdür!
Şǝhid leytenant Quliyev Ramin Rizvan oğlu 7 noyabr 1998-ci ildǝ Bakı şǝhǝri Binəqədi rayonunda dünyaya göz açmışdı. 2005-ci ildǝ 179 nömrǝli tam orta mǝktǝbin 1-ci sinfinǝ yollanmışdı. 2013- 2016-cı illərdə Naxçıvan Muxtar Respublikasında yerləşən Heydǝr Əliyev adına Hǝrbi Liseydə, 2016-2020-ci illərdə Heydǝr Əliyev adına Azǝrbaycan Ali Hǝrbi Mǝktǝbində təhsil almışdı.
"Leytenant" hǝrbi rütbǝsi ilə həqiqi hərbi xidmətini Ağdam rayonunda yerləşən "N" saylı hǝrbi hissǝsindǝ başlamışdı. Azərbaycan Ordusunun leytenantı olan Ramin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramin Quliyev oktyabrın 5-də Füzuli döyüşləri zamanı ən uca Zirvə- Şəhidlik zirvəsinə ucalmışdır. Binəqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramin Quliyev ölümündən sonra "Vǝtǝn uğrunda" medalı ilǝ tǝltif edilmişdir.
Atası Quliyev Rizvan: “Oğlum çox yaxşı, Vǝtǝnini sevǝn oğul idi. Çox düşüncǝli, ağıllı, savadlı bir oğuldu. Mǝn özüm dǝ 1-ci Qarabağ müharibǝsinin iştirakçısı kimi, həm də bir şǝhid atası kimi deyǝ bilǝrǝm ki, özüm dǝ çox vǝtǝnpǝrvǝr olmuşam, 5 il müharibǝdǝ iştirak etmişǝm, amma oğlum mǝndǝn dǝ vǝtǝnpǝrvǝr idi. Vǝtǝni uğrunda vuruşmağa hǝr zaman hazır idi. Düzdü ,mǝn onu çox az görǝrdim, onunla az vaxt keçirǝrdim. Amma nǝ qǝdǝr az vaxt keçirsǝm dǝ, onu az görsǝm dǝ, onunla bağlı günlərimizi unuda bilmirǝm. Oğlumla fǝxr edirǝm.”
Anasi Cǝfǝrova Sabirǝ: “Oğlum haqqında nǝ qǝdǝr desǝm yenǝ dǝ az olar. Raminin bitib tükǝnmǝyǝn arzuları, istǝklǝri var idi. Çox tǝəssüflǝr olsun heç birini yaşaya bilmǝdi - mǝnǝ çox ağır dǝrd verib getdi. Ramin çox ağıllı, düşüncǝli, qohumlarını, dostlarını sevǝn oğul idi. O hǝm dǝ vǝtǝnpǝrvǝr, işlǝrindǝ çox mǝhsuliyyǝtli idi. Seçdiyi peşǝ ilǝ hǝmişǝ fǝxr edirdi. Ramin mǝnim hǝm atam, hǝm anam, sirr yerim idi. Mǝktǝbdǝ oxuduğu zamanlar vaxtı olanda mǝnə tez-tez zəng edər, hǝr dǝrdimizi birlikdǝ bülüşǝrdik. “Ana qorxma, darıxma” deyǝ mǝnǝ tǝskinlik verirdi. ”Ana az qalıb, mǝktǝbi qurtarıb işlǝyǝcǝyǝm. Hǝr şey yaxşı olacaq”. Ramin həm də atasının, ǝmisinin və babasının müharibə iştirakçısı olması ilǝ qurur duyub “ana mǝn bu Vǝtǝn uğrunda onlardan daha böyük bir iz qoyacağam” deyirdi. Sǝn demǝ mǝnim mǝrd Raminim elǝ bu mǝqamı, bu şǝhidliyi niyyǝt edib deyirmiş. Mǝn isǝ şǝhidliyi arzu etdiyini bilmǝdǝn ”İnşallah oğlum” deyǝrdim. Mǝn Raminǝ çox güvǝnirdim, elǝ bilirdim hǝr nǝ çǝtinliyim olsa, o hǝll edǝcǝk. Daha bilmǝzdim, bu gün mǝn onun haqqında çox çǝtinliklǝ keçǝn günlǝrimizdǝn danışacam. Mǝn Ramin oğlumla fǝxr edirǝm. O mǝnim qǝlbimdǝ daima yaşayacaq. Ana üçün ağir dǝrddir. Ramin çox uca zirvǝdǝdir, çünki o Vǝtǝnini millǝtini sevǝrǝkdǝn canından keçib Şǝhidlik zirvǝsinǝ ucalıb.Yenǝ dǝ VƏTƏN SAĞ OLSUN...!”
Raminin bacısı Quliyeva Simuzǝr: “Raminlǝ bir çox xatirǝlǝrimiz olub. Onları düşündükcə sanki bir yuxu olduğunu düşünürəm. O, çox qayğıkeş, gülǝrüzlü biri idi. Mǝnǝ hǝm dost,hǝm dǝ qardaş idi. Hǝr zaman, hǝr yerdǝ mǝnǝ arxa, dayag olardi. Raminin yoxlugundan özümü arxasiz hiss edirəm. Son telefon danişiğimızda demişdi ki,bacı gǝlǝcǝm, narahat olmayın. Hǝmişǝ bu sözlǝri deyǝrdi: ” Şükür Allaha hǝr şey yaxşıdır, qorxmayın”. Hətta döyüşlǝr başlayandan sonra ona zǝng edib “özünü qoru” dediyimdǝ mǝnǝ, “mǝn vǝtǝnimizi qorumag üçün burdayam məni Allah qoruyar” dedi.Onun yolunu hǝmişǝ sǝbrsizliklǝ gözlǝyǝrdik. Gǝlişi ilə üzümüzǝ sevinc gǝtirərdi, son gǝlişi isǝ bizǝ göz yaşlari verdi. Qardaşım vǝtǝn uğrunda gedǝn döyüşlǝrdǝ şǝhid oldu. Mǝn igidlik zirvǝsinǝ yüksǝlmǝsinǝ görǝ vǝ şǝhid adina görǝ qardaşımla fǝxr edirǝm. Ruhun şad olsun ,cǝnab leytenant Quliyev Ramin.”
Balaca bacısı Quliyeva Sevinc: “Qardaşım yaxşı oğul, yaxşı qardaş,yaxşı dost idi. Hǝm dǝ çox vǝtǝnpǝrvǝr idi. O, hǝrb peşǝsini öz istǝyiylǝ seçmişdi vǝ seçdiyinǝdǝ sevinirdi,Hǝmişǝ fǝxr edirdi ki, nǝ yaxşı bu peşǝni seçmişǝm.Həmişǝ özüylǝ qürur duyurdu. Qardaşım mǝni çox istǝyirdi,mǝn dǝ onu.Qardaşımla bir yerdǝ olduğumuz günlǝr çox yaxşı keçirdi. Çox ağıllı vǝ düşüncǝli idi. Qardaşımla mǝn bir bacı -qardaş münasibǝti yox ,elǝ bil bir dost idik- bir birimizǝ o qǝdǝr yaxın idik. Qardaşımla bağlı son xatirǝ: Ad günümdǝ mǝnǝ kukla almışdı.İndi o kuklaya baxib uzun-uzun xəyallara daliram, onun yoxluğu ilə barişmayib, kuklani bagrima basib gizlicə ağlayiram,o kuklanı da otagımın ən hündür yerindǝ saxliyiram.Axi qardasim ən yüksǝk məqamdadir. Allah bütün Şǝhidlǝrǝ rǝhmǝt elǝsin, mǝnim dǝ qardaşıma onların içindǝ, Qardaşımla hǝmişǝ fǝxr edirǝm.Ruhu şad olsun.”
Sinif rǝhbǝri İradǝ müǝllimǝ: “Hǝr bir şagird mǝktǝbdə oxuduğu müddǝt ǝrzindǝ özünǝ mǝxsus xüsisiyyǝtlǝri ilǝ yadda qalir. Hǝmin şagirdlǝrdǝn biri dǝ şǝhid leytenant Quliyev Ramin Rizvan oğludur. Ramin Binǝqǝdi qǝsǝbǝsindǝ yerlǝşǝn 179 nömrəli mǝktǝbdǝ oxuyub. Bir sinif rǝhbǝri kimi mǝnim üçün Ramin haqqinda danişmaq çox çǝtindir, hǝm dǝ qürurvericidir. Ramin istǝkli və sevimli şagirdlǝrimdǝn biri olub.Ramində hǝrbiçi olmaq hǝvǝsi orta mǝktǝbdǝ oxuyanda yaranmişdir.Mǝn hǝm sinif rǝhbǝri kimi, hǝm dǝ Azǝrbaycan dili və ǝdǝbiyyat müǝllimi kimi Raminin bu fikrini dǝstǝklǝyirdim.O özünün tǝrbiyǝsi ağlı, savadi, mehribanlığı ilə seçilirdi.Ramin Vǝtǝnini və valideynlǝrini sevǝn bir şagird idi. Biz artiq onun bariz nümünǝsini gördük. Doğma Vǝtǝninin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qǝhrǝmancasina şǝhid oldu. Biz Ramini heçvaxt unutmayacağiq!”
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Allah rəhmət eləsin!