Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 20 Yanvar şəhidlərinin ailələri və əlillərlə görüş keçirildi

19 yanvar 2014 | 11:00

17 yanvar 2014-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun 20 Yanvar şəhidlərinin ailələri və əlillərlə görüşü keçirildi. Səmimi mühitdə keçən görüşdə icra başçısı bir daha bütün xalqımızın 20 Yanvar şəhidləri ilə qürur duyduğunu bildirdi. Şəhid ailələrinin problemləri ilə maraqlanan icra başçısı bu problemlərin nəzarətdə saxlanılacağını qeyd etdi.
Daha sonra “20 Yanvar Cəmiyyəti”nin sədri Ağarza Xankişiyev çıxış edərək, Rayon İcra Hakimiyyəti tərəfindən hər zaman 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə göstərilən diqqət və qayğıdan danışdı, icra başçısına minnətdarlığını bildirdi.
Tədbirdən sonra 20 Yanvar əlillərinə və şəhid ailələrinə maddi yardım göstərildi.

Keçidlər