Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayonu İcra Hakimiyyətində istiqlal şəhidləri yad edildi

19 yanvar 2014 | 11:00

Yanvar ayının 17-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binasında “20 Yanvar” faciəsinin 24-cü ildönümü münasibətilə silsilə tədbirlərin davamı olaraq,anım mərasimi keçirildi.
Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi Ramiz Quliyev, RİH başçısının müavinləri, RİH başçısı aparatının məsul işçiləri, rayon hüquq-mühafizə orqanları və icra strukturlarının rəhbərləri, hərbi qulluqçular, rayon ictimaiyyətinin nümayəndələri və “20 Yanvar” şəhidlərinin ailələri, eləcə də qanlı olayda əlil olmuş şəxslər iştirak edirdilər.
Mərasim faciə qurbanların xatirəsinin bir dəqiqəlik sükutlayad edilməsi ilə başladı. Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovhadisəni Azərbaycan xalqının tarixinə yazılmış şanlı səhifə kimi səciyyələndirərək SSRİ rəhbərliyinin dinc, əliyalın insanlara qarşı qırğın törətməsini zorakılıq üzərində qurulmuş bir imperiyanın Azərbaycan xalqının əzmkarlığı və iradəsi qarşısında mənəvi cəhətdən gücsüz olduğunu vurğuladı: “Həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi, siyasi səbatsızlığıucbatından hər hansı qiymət verilməyən hadisə məhz Ümummilli lider Heydər Əliyevin çağırışı, xalqın səsinə səs verməsi sayəsində dünya ictimaiyyətinə çatdırıldı. Ulu Öndər onu gözləyən bütün təhlükələrə, həyatına ola biləcək təhdidlərə rəğmən, əsl vətəndaşlıq nümunəsi göstərərək ağır günündə öz xalqının yanında oldu, onun səsinə səs verdi, Sovet İttifaqının dinc insanlara qarşı törətdiyi qırğını bütün çılpaqlığı ilə ifşa etdi”. RİH başçısı həmçinin vurğuladı ki, 20 Yanvar faciəsini törətməklə xalqın iradəsini sındırmağa çalışan qüvvələr öz məqsədlərinə nail ola bilmədilər. Əksinə, ölkəmizin hərtərəfli tərəqqiyə çatdığını və bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin azad, suveren dövlət kimi inkişafın və uğurun yüksək zirvəsində olduğunu xususi vurğuladı.
Tədbirin bədii hissəsində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının ifasında 20 Yanvar ədəbi - bədii kompozisiya nümayiş etdirildi.

Keçidlər