Binəqədi rayonunda "Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş humanitar aksiya keçirilmişdir.
04 dekabr 2021 | 11:00
3 dekabr 2021-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş humanitar aksiya keçirilmişdir.
Aksiya çərçivəsində Binəqədi rayonu ərazisində yaşayan bir qrup əlilə ərzaq payı təqdim edilmişdir.
Ziyarət olunan rayon sakinləri fiziki məhdudiyyətli şəxslərin sosial rifahı naminə onlara daim diqqət göstərən dövlətimizə və ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.