Binəqədi rayonunda Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri Aslan Osman oğlu Mehdiyevin 75 illik yubileyi münasibətilə görüş keçirildi.
28 dekabr 2021-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri Aslan Osman oğlu Mehdiyevin 75 illik yubileyi münasibətilə görüş keçirilmişdir. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev rayonun ictimai-siyasi həyatında fəal iştirakına və 75 illik yubileyi münasibətilə Aslan Mehdiyevi təbrik edərək, Rayon İcra Hakimiyyəti ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərindəki fəaliyyətdən söz açaraq Aslan müəllimə şərəfli işində uğurlar arzu etdi.
Daha sonra çıxış edən YAP Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Aslan Mehdiyevin iş təcrübəsindən, dövlətimizə, xalqımıza göstərdiyi xidmətlərdən bəhs edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət sayəsində Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişlənməsindən, həmçinin ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyi, müxtəlif sahələrdə mövcud olan problemlərin araşdırılması və onların həlli yollarına dair təkliflərin hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının qarşısına qoyulan yeni vəzifələrdən söhbət açdılar.
Sonda Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Aslan Mehdiyevə Fəxri fərman və xatirə hədiyyəsi təqdim olundu.
Aslan Mehdiyev şura üzvləri adından Binəqədi Rayon İcra Hakimiyyəti başçısına göstərdiyi diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirdi.