Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon Xocəsən bələdiyyəsinin təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir.

29 dekabr 2021 | 11:00

Binəqədi Rayon Xocəsən bələdiyyəsinin təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul əməkdaşları, Xocəsən bələdiyyəsinin üzvləri və qulluqçuları, şəhid ailələri və qazilər, Xocəsən qəsəbəsi ərazisində fəaliyyət göstərən sahibkarlar, qəsəbə, məhəllə komitələrinin və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş nitqi ilə açan Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova qeyd etdi ki, keçən il yəni, 2020-ci il Qarabağın işğaldan azad edilməsi, Vətən savaşımızın qalibiyyətlə bitməsi üçün hansı ölkədə yaşamasından, əqidəsindən, dünyagörüşündən asılı olmayaraq, hər bir azərbaycanlı vahid amal uğrunda birləşərək əlindən gələn hər şeyi etməyə çalışdı. Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında rəşadətli ordumuz müqəddəs Vətən torpaqlarını düşmən işğalından azad etdi, soydaşlarımızın otuz illik doğma yurd həsrətinə son qoydu. Arzularımız, xəyallarımız gerçəkləşdi. Dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin qanı yerdə qalmadı. Bu möhtəşəm Zəfər Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının öz Liderinə olan sonsuz inam və etimadının qələbəsidir, onun yenilməz qələbə bayrağı altında sarsılmaz milli birliyimizin, həmrəyliyimizin, dosta fəxarət verən, düşməni vahiməyə salan “dəmir yumruq”umuzun qələbəsidir. N. Məmmədova həmçinin qeyd etdi ki, məhz bu səbəbdən bu günü-Həmrəylik gününü şəhid ailələri və qazilərimizlə qeyd etməyi özünə borc bildiyini qeyd etdi. Nigar Məmmədova qəsəbə ərazisində görülən işlərlə bağlı məlumat verdi və gələcəkdə daha da səmərəli fəaliyyət göstərmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səbinə Xasayeva tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik gününə və Yeni il bayramı münasibətilə təbrik edərək deputat seçildiyi ərazidə daim ictimaiyyət nümayəndələri ilə görüşündən danışdı, sakinlər tərəfindən qaldırılan problemlərim həll olunmasında yaxından iştirak etdiyini bildirdi və qeyd etdi ki, məsələlərin həllində isə aidiyyatı qurumlar qarşısında məsələ qaldırdığını qeyd etdi. Sonda S.Xasayeva qeyd etdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində şəhidlərimizin unudulmaz xatirəsini bir daha hörmət və ehtiramla yad edirik, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən qazilərimizi, Binəqədi Rayon ictimaiyyətini bir daha ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, bütün dünya azərbaycanlılarına isə yeni-yeni uğurlar arzulayırıq.

Daha sonra şəhid ailələri adından şəhid Orucov Ceyhunun atası Namaz Orucov, qazilər adından isə Tapdıqov Ramin çıxış etdi. Sonra Xocasən bələdiyyəsinin sosial-iqtisadi, mədəni inkişafında və ictimai həyatında fəal iştirak edən bir qrup iş adamları və bələdiyyə qulluqçularına Fəxri diplomlar təqdim edildi.

Bədii hissədə Azərbaycan Respublikasının əməkdar artistləri Yusif Mustafayev, İlkin Əhmədov və başqaları Vətəni və Zəfər gününü tərənnüm edən ifaları ilə çıxış etdilər.

Sonda şəhid ailələri və qazilərə bayram hədiyyələri təqdim olundu.

 

Keçidlər