Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi

22 yanvar 2014 | 11:00

2014-cü il yanvarın 21-də Binəqədi  qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü  ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.
Yığıncaqda Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Ramiz Həsənzadə hesabatla çıxış etdi. Sonra hesabat ətrafında müzakirələr oldu.
Qəsəbə sakinləri Maqsud Rəvanov, Ağabala Musayev, Şabala Əliməmmədov, Əbdülrzaq Musayev  və  Azər Əsgərov  çıxış edərək, Rayon İcra Hakimiyyəti başçısına qəsəbə ərazisində apardığı abadlı-quruculuq işlərinə görə minnətdarlıqlarını bildirərək,  qəsəbədə bəzi sosial məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər. 
Hesabat yığıncağında  Binəqədi rayon İcra Hakimiyyəti başçısının  müavini Vüsar İsmayılov nümayəndəliyin 2013-cü ildə gördüyü işlərə münasibət  bildirərək onun fəaliyyətində nöqsan və çatışmamazlıqların olduğunu qeyd edərək qəsəbə əhalisinin müraciətlərinə baxılmasında bir sıra hallarda qusurlara yol verildiyini vurğuladı.
Daha sonra V.İsmayılov cari ildə qəsəbənin sosial-iqtisadi inkişafında görüləcək tədbirlərdən danışdı.
Hesabat yığıncağının yekununda müvafiq qərar qəbul olundu.

Keçidlər