Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni İl" münasibəti ilə təbriki

31 dekabr 2021 | 11:00

Hörmətli Binəqədi Rayon sakinləri!

2021-ci il sona yaxınlaşır. Tam əminliklə demək olar ki, 2021-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf etmiş, Azərbaycan güclü ölkə kimi bir daha dünya miqyasında özünü təsdiqləmişdir.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir. Dövlət quruculuğunun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın dünya birliyində layiqli yer tutmasına, bütün dünya azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açır.

Bu gün ölkəmiz dünyada nümunəvi inkişaf modelinə və milli tərəqqi yoluna malik müstəqil respublika kimi tanınır. Azərbaycanın tarixi nailiyyətlər qazanaraq dünyada söz və nüfuz sahibinə çevrilməsi milli maraqlara, dövrün tələblərinə və çağırışlarına əsaslanan daxili və xarici siyasətin həyata keçirilməsi sayəsində mümkün olmuşdur.

Azərbaycanın əzəli torpaqlarının işğalçılardan təmizlənməsi olkə rəhbərinin müdrik siyasətinin, möhkəm və yenilməz iradəsinin nəticəsidir. “Bizim gücümüz birliyimizdədir!” fikri Vətənimizin keçdiyi şərəfli, çətin sınaq zamanında Azərbaycan xalqına güc vermiş, onda inam yaratmış, sarsılmaz birliyin rəmzinə çevrilmişdir. 

İşğal edilmiş torpaqlarımızın hər qarışının azad edilməsi uğrunda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xüsusi rəşadət göstərən Azərbaycan Ordusuna təşəkkürümüzü  bildirir, Vətən uğrunda canını qurban verən şəhidlərimizə Uca Tanrıdan  rəhmət, əzizlərinə səbr, qazilərimizə şəfa diləyirik.

Hörmətli Binəqədi Rayon sakinləri,

Sizi tarixin gedişi və taleyin hökmü ilə dünyanın dörd bir tərəfində yaşayan Azərbaycan xalqının övladlarını öz milli varlığı, birliyi ilə  həmrəyliyə səsləyən 31 Dekabr – “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və qarşıdan gələn “Yeni il” bayramı münasibətilə təbrik edir, dövlətçiliyimizin möhkəmlənməsi, beynəlxalq aləmdə nüfuzumuzun yüksəlməsi və xalqımızın rifahı naminə görülən işlərdə Sizə uğurlar arzu edirəm.

Qarşıdan gələn Yeni il bizləri yalnız xoş hadisələr və xəbərlərlə birləşdirsin!

Hörmətlə,

Elxan Allahverdiyev
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı

Keçidlər