Binəqədi rayonunda rumın bəstəkarı Corce Eneskunun xatirəsinə salınmış park yenidən qurularaq rayon sakinlərinin istifadəsinə verilmişdir.
Sakinlərimizə xoş xəbər:
Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən, 2006-cı ildə rumın bəstəkarı Corce Eneskunun xatirəsinə salınmış park yenidən qurularaq rayon sakinlərinin istifadəsinə verilmişdir.
Yenidən bərpa edilən istirahət parkı rayonun ən gözəl məkanlarından birinə çevrilib. Parkda vətəndaşların istirahət və asudə vaxtının təşkili üçün müxtəlif infrasturktur yaradılıb.
1 ha sahəni əhatə edən parkda həyata keçirilən yenidənqurma işləri çərçivəsində əraziyə 2025 m2 tamet və 460 m2 asfalt, 430 m2 mərmər döşənmişdir. İstirahət guşəsinin ərazisində 15 ədəd oturacaq, 10 ədəd urna, 6 ədəd uşaq əyləncə elementləri, 14 ədəd ışıq torşetləri quraşdırılmış, müxtəlif növ ağaclar əkilmişdir. Parkda 600 m2 sahədə gənclərin asudə vaxtının səmərəli təşkili üçün skeyd meydançası, fiziki məhdudiyyətli şəxslər üçün idman qurğuları quraşdırılmışdır.
https://studio.youtube.com/video/xUvOa6vXJpI/edit
https://www.realtv.az/.../bineqedi-sakinlerine-shad-xeber...