Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yeni təyinat: Babayev Hacıbaba Adil oğlu

27 yanvar 2022 | 11:00

Binəqədi rayonunda yeni təyinat: Babayev Hacıbaba Adil oğlu

Babayev Hacıbaba Adil oğlu Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 26 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

Hacıbaba Adil oğlu Babayev 01.011978-cı ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olmuşdur. 1985-ci ildə orta məktəbə getmişdir. 1993-cü ildə N.Rəfiyev adına Naxçıvan Şəhər Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1996-cı ildə Texnikumu Mühasibat uçotu ixtisası üzrə bitirmişdir. 1996-2000-ci illərdə Odlar Yurdu Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil almış, 2000-2002-ci illərdə Universitetin magistratura pilləsini bitirmişdir.2002-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin kəşfiyyat batalyonunda müddətli həqiqi hərbi xidmət keçmiş və çavuş rütbəsi ilə ordudan tərxis olunmuşdur.

25 mart 1994-cü il tarixindən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsinə təyin olunaraq, əmək fəaliyyətinə başlamış, 26 yanvar 2022-ci il tarixinədək həmin şöbənin baş məsləhətçisi vəzifəsində çalışmış, 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsinə yiyələnmişdir.

2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin qiyabi şöbəsini “iqtisadiyyatı tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Dövlət qulluqçusu kimi 18 illik fəaliyyət dövründə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri tərəfindən müxtəlif vaxtlarda “Fəxri Fərman”lar və “Təşəkkürnamə”lərlə təltif edilmişdir. 15 oktyabr 2018-ci il tarixində “Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli 3015 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Keçidlər