Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi

24 yanvar 2014 | 11:00

2014-cü il yanvarın 23-də Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.
Yığıncaqda Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə İbad İbrahimov hesabat məruzəsi ilə çıxış etdi. Sonra hesabat ətrafında müzakirələr oldu.
Qəsəbə sakinləri Adil Qəribov, Yaqub Vəliyev və Hikmət Quliyev çıxış edərək, Rayon İcra Hakimiyyəti başçısına qəsəbə ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə minnətdarlıqlarını bildirərək, qəsəbədə bəzi sosial məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər. 
Hesabat yığıncağında  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının  müavini Vüsar İsmayılov nümayəndəliyin 2013-cü ildə gördüyü işlərə münasibət  bildirərək onun fəaliyyətinin qənatbəxş olduğunu, amma bəzi nöqsan və çatışmazlıqların da olduğunu qeyd etdi.
Daha sonra V.İsmayılov cari ildə  qəsəbənin sosial-iqtisadi inkişafında görüləcək tədbirlərdən danışdı.
Hesabat yığıncağının yekununda müvafiq qərar qəbul olundu.

Keçidlər