Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilmişdir
31 yanvar 2022-ci il tarixdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəziində Binəqədi Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Binəqədi RİH başçısının müavin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, “Təmiz Şəhər” ASC-nin şöbə müdiri, AzTV-də yayımlanan EKOetika TV layihəsinin aparıcısı Orxan Cabbarlı, video blogger Nail Kəmərli, Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Orxan Rəhimli və gənclər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Sənaye və innovasiyalar üzrə BDPTM-nin direktor müavini Orxan Rəhimov açaraq iştirakçıları salamladıqdan sonra tədbir iştirakçılarını auditoriyaya təqdim edərək, tədbirin mövzusu ilə bağlı iştirakçılara məlumat verdi.
Tədbirdə çıxış edən Binəqədi RİH başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova bildirdi ki: “Narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Narkomanlığa qarşı sərt mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunmuşdur.
Xalqın israrlı tələbi ilə hakimiyyətə qayıtmaqla millətini böyük təhlükələrdən qoruyan ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə hərtərəfli islahatlar aparılmışdır. Ulu Öndər siyasətinin mərkəzində insan amili dayandığından vətəndaşların hüquqlarının təmin edilməsi, rifahının yaxşılaşdırılması və sağlamlığının qorunması əsas istiqamətlərdən olmuşdur. Bu isiqamətlər üzrə uğur əldə etmək üçün narkomaniya ilə mübarizənin vacibliyi ön plana çəkilmişdir. Bu səbəbdən dövlət orqanlarının və istimai birliklərin fəaliyyətini əlaqələndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Bu Komissiya ilə əməkdaşlıq sahəsində rayon ərazisində fəaliyyət göstərən orta, orta ixtisas, ali məktəblərdə əsrin bəlası olan narkomaniyasının mənfi fəsadları haqqında genişmiqyaslı maarifləndirici tədbirlər həyata keçirilir.Bu mübarizədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 saylı Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvəffəqiyyətlə icra olunması bu sahədə uğurlu nəticələrin əldə edilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir.
Çıxış edənlər - Raqif Allahverdiyev, Orxan Cabbarlı narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdılar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu, bildirdilər. Həmçinin, bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu xüsusilə vurğuladılar. Tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış tədbirə dair slaydlar nümayiş edildi.
Daha sonra çıxış edən video blogger Nail Kəmərli etdiyi çəkilişlər zamanı bu bəlaya düçar olmuş insanların acı taleyindən, ailələrinin dağılmasından, onların narkotiklərin təsindən ayrılıb normal həyata qayıtmaları üçün bəzən zamanın gec olmasından, iradələrinin çatmamasından söhbət açaraq gəncləri daha diqqətli və ehtiyatlı olmağa səslədi.
Tədbir təşkilatçılar tərəfindən gəncləri maraqlandıran sualları ətraflı cavablandırmaqla müzakirə formatında davam etdi.