“"Bəsdirin, bezdirmisiniz camaatı!" - Nazim Hüseynov” başlığında “Youtube” kanalında yayımlanmış videolarla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi cavabı
“Vətəndaşın müraciətində qeyd etdiyi hallar üzrə bildiririk ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən, 6/9 korpus arası yolun kənarında 500 kv.m ərazidə vətəndaş Nazim Əzizxan oğlu Hüseynov tərəfindən bələdiyyə sənədi ilə başqa şəxsə məxsus olan torpaq sahəsində etibarnamə əsasında hərəkət etməklə qanunsuz qeyri-yaşayış obyektinin tikintisinə başlanmışdır.
N.Hüseynova qanunsuz tikinti işlərinin dayandırılması, qanunuvericiliyin tələblərinə uyğun sənədlərini toplayaraq müvafiq icra hakimiyyətlərinə müraciət olunması tövsiyə olunmuşdur. Buna baxmayaraq, N.Hüseynov qanunsuz tikinti işlərini davam etdirilməsi məqsədi ilə dövlət orqanlarının nüfuzuna xələl gətirən şər-böhtan xarakterli çıxışlar edərək, aidiyyatı olmayan şəxsləri aldatmaqla mobil telefonla çəkilişlər etmiş və onlara bir sıra şəxslərin qanunsuz hərəkət etdiklərini təsdiqləmələri üçün dolayısı suallar verməklə görüntü yaratmış və müxtəlif qurumlara müraciətlər etmişdir.
Həmçinin vətəndaş N.Hüseynov Binəqədi Rayon Polis İdarəsində şikayəti ilə əlaqədar verdiyi izahatında törətdiyi əməllərindən peşman olduğunu, qeyri-yaşayış obyektinin tikintisinə icazənin verilməsi Rayon İcra Hakimiyyətlərinin səlahiyyətlərinə aid olmadığını, tikinti işlərinin aparılmasına nail olmaq üçün bu tipli müraciətlərə başladığını və heç bir şikayətinin olmadığını bildirmişdir.
Əlavə məlumat üçün bildiririk ki, N.Hüseynova qeyri-yaşayış obyektinin tikintisi məqsədi ilə aidiyyəti qurumlardan tikintiyə icazə alınması ilə bağlı tövsiyə olunmuşdur.”