Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Gənclər həftəsi” çərçivəsində “Suraxanı” Gəmi-Muzeyə ekskursiya təşkil olunmuşdur.
2 Fevral – “Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə elan olunmuş “Gənclər həftəsi” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, “GÜVƏN” Xeyriyyə və Dostluq Cəmiyyəti və “Suraxanı” Gəmi-Muzeyin birgə təşkilatçılığı ilə şəhid və qazi övladları, fiziki məhdudiyyətli yeniyetmə və gənclər, həmçinin, İdarənin kollektivinin iştirakı ilə “Suraxanı” Gəmi-Muzeyə ekskursiya təşkil olunmuşdur. Ekskursiya çərçivəsində iştirakçılar “Suraxanı” Gəmi-Muzeylə yaxından tanış olmuşdur.
Ölkəmizdə qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən Muzey tarixi eksponatlarla zəngindir. Muzeyin zallarında tətbiq olunan ən müasir texnoloji həllər nümayiş olunmuşdur. Maraqlı ekspozisiyalarından biri də okean və dənizlərdən yığılan flora və fauna nümunələrinin sərgiləndiyi guşədir. Həmçinin İkinci Dünya müharibəsi illərində, eləcə də 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin yer alan qəhrəmanlıq salnaməsi, ulu öndər Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafında göstərdiyi xidmətlər haqqında interaktiv kitab, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dənizçilik sahəsində həyata keçirdiyi layihələri əks etdirən info-monitor iştirakçılara təqdim olunmuşdur.