Binəqədi rayonunda sakinlərə operativ xidmət göstərən “Sakinlərin Müraciət Xidməti – 1646”-nın yaranmasından 9 il ötür.
Binəqədi rayonunda sakinlərə operativ xidmət göstərən “Sakinlərin Müraciət Xidməti – 1646”-nın yaranmasından 9 il ötür.
Məlumat üçün bildiririk ki, Rayon İcra Hakimiyyəti Başçısının 6 fevral 2013-cü il tarixli Sərəncamı ilə “Sakinlərin Müraciət Xidməti – 1646″ (SMX–1646) istifadəyə verilmişdir. Bu xidmət sahəsinin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etmək, operativ kommunikasiyanı təmin etmək və bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir.
“Sakinlərin Müraciəti Xidməti - 1646”-nın kollektivi, Sizləri təbrik edir, şərəfli işinizdə hər birinizə uğurlar diləyirik!