Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz! Bu gün şəhidimiz Davud Qurbanovun doğum günüdür.

15 fevral 2022 | 11:00

Bu gün Azərbaycanın daha bir igid oğlu - adını xalqımızın qəhrəmanlıq səlnaməsinə yazdıran şəhidimiz Davud Qurbanovun doğum günüdür. Şəhidliyin ünvanı əbədiyyətdir, cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Qurbanov Davud Tariyel oğlu 15.02.1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Bakı şəhər Binəqədi rayon Rizvan Pirnəzərov adına 299 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2013-cü ildə həmin məktəbi bitirmiş və Azərbaycan Dövlət Neft Akademiyasının "İstehsalat Proseslərinin Avtomatlaşdırılması" fakültəsinə daxil olmuşdur. 2017-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirmiş və 2017-2019-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistr təhsili almışdır. "Space" və "Atv" telekanallarında montajçı vəzifəsində çalışmışdır.

01.10.2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmış və xidmət etdiyi müddətdə kiçik çavuş, sonradan çavuş rütbəsinə yüksəlmişdir. 27 sentyabr 2020-ci ildən, yəni 2-ci Vətən müharibəsinin ilk günündən Vətənin keşiyində dayanmış və 03.10.2020-ci ildə torpaqların azad olunması uğrunda gedən döyüşlərdə Suqovuşan istiqamətində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Davud Tariyel oğlu Qurbanov ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunması uğrunda" medalları ilə təltif olunmuşdur.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Allah rəhmət eləsin!

Keçidlər