Şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərilir.
16 mart 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsini birgə təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidi, əsgər Elçin Yunus oğlu Bağırovun ailəsi ziyarət edilmiş, onların qayğı və problemləri ilə maraqlanmışlar.
Ziyarətdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi mərkəzi aparatının rəis müavini Şaiq Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin Binəqədi Rayon Şöbəsinin rəisi Nicat Həsənov iştirak edirdilər.
Ziyarət zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən igidlərlə fəxr etdikləri bildirilmiş, onların adının hər zaman xatırlandığı və uca tutulduğu vurğulanmışdır.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Allah rəhmət eləsin!