Binəqədi rayonunda şəhid Teymur Tağı oğlu Zeynalovun xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.
Binəqədi rayonunda şəhid Teymur Tağı oğlu Zeynalovun xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.
Bu münasibətlə keçirilən açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, RİH başçısı Aparatının şöbə müdirləri, şəhid ailələri, qazilər, hərbiçilər və müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları, iştirak edirdilər.
Tədbir ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş igid oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə açıq elan olundu.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, şəhidin qohumları, döyüş yoldaşları, təhsil aldığı orta təhsil və ali məktəb müəllimləri çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhid Teymur Zeynalovun şərəfli həyat yolundan danışdılar. Vurğuladılar ki, şərəfli döyüş yolu keçən Teymur və onun kimi şəhidlərin xatirəsi heç bir zaman unudulmayacaqdır. Məktəb şagidlərinin ifasında şəhidlərimizə həsr olunmuş şerlər səsləndi.
Şəhidin atası Tağı Zeynalov yüksək diqqət və qayğıya görə Azərbaycan Respubliaksının Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirdi.
Mərasim şəhidin xatirəsinə həsr edilən ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatdı.
Allah Vətən uğrunda həyatını qurban vermiş bütün Şəhidlərimizə rəhmət etsin!