Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi

28 yanvar 2014 | 11:00

2014-cü il yanvarın 27-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının  Məhəmməd Əmin Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin   2013-cü  ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.
Hesabat iclasını giriş nitqi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq cari ildə  qəsəbənin sosial-iqtisadi inkişafında görüləcək işlərdən və həyata keçiriləcək layihələrdən danışdı.
Daha sonra  Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Mübariz Məmmədov hesabatla çıxış etdi. Sonra hesabat ətrafında müzakirələr oldu.
Məmməd Əmin Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, qəsəbə sakinləri Cahangir Məmmədov, Rizvanə Sadıqova və Nəzakət Məmmədova çıxış edərək, Rayon İcra Hakimiyyəti başçısının rayon ərazisində və eləcədə qəsəbə ərazisində apardığı abadlıq-quruculuq, təmir-tikinti işlərinə görə minnətdarlıqlarını bildirərək,  qəsəbədə bəzi sosial məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər. 
Hesabat yığıncağında  Binəqədi rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov nümayəndəliyin  2013-cü ildə gördüyü işlərə münasibət bildirərək onun fəaliyyətində bəzi nöqsan və çatışmamazlıqların da olduğunu qeyd etdi, sakinlərə göstərilən xidmətlərin təşkilində və qəsəbə əhalisinin müraciətlərinə baxılmasında bir sıra hallarda qusurlara yol verildiyini vurğuladı və qaldırılan məsələlərə ciddi yanaşmağı, eyni zamanda qısa müddət ərzində əsaslı irəliləyişə nail olunması istiqamətində işlər aparılması ilə bağlı müvafiq göstərişlər verdi.
Hesabat yığıncağının yekununda müvafiq qərar qəbul olundu.

Keçidlər