Şriftin ölçüsü :

Saytın rəngi :

1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi

29 yanvar 2014 | 11:00

  2014-cü il yanvarın 28-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının   1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü  ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.
Yığıncaqda 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Nəsimi Cəfərov hesabatla çıxış etdi. Sonra hesabat ətrafında müzakirələr oldu.
Mikrorayon sakinlərindən Muxtar Niftiyev, Tünzalə Mürsəlova, Şövqi Nuriyev və Nizami Novruzov  çıxış edərək, Rayon İcra Hakimiyyəti başçısının mikrorayon ərazisində apardığı abadlı-quruculuq işlərinə görə minnətdarlıqlarını bildirərək, mikrorayonda bəzi sosial məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər. 
Hesabat yığıncağında  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının  müavini Aygün Əliyeva  nümayəndəliyin  2013-cü ildə gördüyü işlərə münasibət  bildirərək ümumilikdə nümayəndəliyin fəaliyyətini müsbət qiymətləndirib, bununla belə bəzi  nöqsan və çatışmazlıqların olduğunu qeyd etdi.
Daha sonra A.Əliyeva cari ildə  qəsəbənin sosial-iqtisadi inkişafında görüləcək tədbirlərdən danışdı.
Hesabat yığıncağının yekununda müvafiq qərar qəbul olundu.

Keçidlər