2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi
2014-cü il yanvarın 30-da Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.
Yığıncaqda 2saylı Sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Adil Misirov hesabatla çıxış etdi. Sonra hesabat ətrafında müzakirələr oldu.
Ərazi sakinlərindən Hüseyn Cəfərov, Bayram Xəlilov, İlham İsmayılov və başqaları çıxış edərək, Rayon İcra Hakimiyyəti başçısının rayon ərazisində və eləcədə 6, 9 və 9 “a” mikrorayonlarda apardığı abadlıq-quruculuq, təmir-tikinti işlərinə görə minnətdarlıqlarını bildirərək, sözügedən mikrorayonlarda mövcud olan bəzi sosial məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov nümayəndəliyin 2013-cü ildə gördüyü işlərə münasibət bildirərək onun fəaliyyətinin qənaətbəxş olduğunu, eyni zamanda bəzi nöqsanların da olduğunu qeyd edərək sakinlərə göstərilən xidmətlərin təşkilində bir sıra qüsurlara yol verildiyini bildirdi.
Sonda İlqar Süleymanov cari ildə inzibati ərazinin sosial-iqtisadi inkişafında görüləcək işlərdən və həyata keçiriləcək layihələrdən danışdı.
Hesabat yığıncağının yekununda müvafiq qərar qəbul olundu.