Sakinlərin Müraciət Xidmətinə 2014-cü ilin yanvar ayında daxil olmuş müraciətlər
2014-cü ilin yanvar ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə (1646) daxil olmuş zənglərin sayı – 2619, cavablandırılmış zənglərin sayı - 2353, birbaşa cavablandırılmış zənglərin sayı – 1914, yaradılmış əks əlaqələrin sayı – 724, 1 operator üzrə zənglərin orta sayı - 78, tərtib edilmiş şikayət vərəqələrinin sayı – 439 olub.
İcraçılıq səviyyəsi – 96,5 %, xidmət səviyyəsi - 92,9 % olub.
Şikayət xarakterli müraciətlərin 408-nin və ya 92,9 %-nin icrası təmin edilib, o cümlədən 340-ı və ya 83,3 %-i tam həll olunub, 2-si və ya 0,4 %-i qismən həll edilib, 66 şikayətə və ya 16,2-nə % müvafiq izahat verilib, 31-i və ya 7,1 %-nin həlli icraatdadır.
Daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 119-u və ya 27,2 %-i su-kanalizasiya, 82-si və ya 18,7 %-i qaz təchizatı, 58-i və ya 13,3 %-i elektrik enerjisi, 46-sı və ya 10,6 %-i lift problemləri, 20-si və ya 4,6 %-i yolların yararsız olması, 72-si və ya 16,5 %-i istilik təchizatı, 15-i və ya 3,4 %-i zibil və tullantılar ilə əlaqədar, 25-i və ya 5,7 %-i isə sakinləri narahat edən digər məsələlərlə əlaqədar olub.