Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda yanvar ayında aparılmış abadlıq-quruculuq işləri

05 fevral 2014 | 11:00

Binəqədi rayonunda 2014-cü ilin yanvar ayı ərzində 318 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 379 p/m su xətti dəyişdirilib.
8-ci mikrorayonda 2 binanın su xəttləri yenidən çəkilir və sayğaclaşdırılır.
444 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 1927 p/m kanalizasiya xətti dəyişdirilib.
2250 p/m kanalizasiya xətti simlə, 1300 p/m kanalizasiya xətti maşınla təmizlənib.
Binəqədi QİS ərazisində 2782 p/m qaz xətti çəkilib, 211 ədəd smartkart tipli sayğac quraşdırılıb.
7-ci mikrorayonda binaların istilik xəttində dik dayaqlarda 34 m boru bərpa olunub, 9 m boru dəyişdirilib, 8-ci mikrorayonda 46 m boru bərpa edilib, 32 m boru dəyişdirilib, Azadlıq prospekti, Naxçıvani, S.S.Axundov və C.Hacıbəyli küçələrində 28 m boru bərpa edilib, 35m boru dəyişdirilib.
3 saylı istilik qazanxanasında təmir-bərpa və proflaktiki tədbirlər görülüb.
TM-13-də yeni qurulmuş elektrik avadanlıqlarına kabel xətti köçürülüb, KTM-843-TM-844 arası 6 kv-luq hava xəttində təmir işləri aparılıb.
TM-826 və 682-də yenidənqurma işləri başa çatdırılıb və avadanlıqlar sxemə qoşulub, TM-746 və 2570-də 400 kv transformator 630 kv transformatorla əvəz edilib, TM-665,359,443-də 0,4 kv-luq ayrıclar quraşdırılıb, TM-də 359-da paylayıcı şitlər yenisi ilə əvəz edilib, TM-661 və TM 759 0,4 kv-luq kabel xətləri təmir olunub.
9-cu mikrorayonda və Z.Əliyeva adına parkda 142 ədəd yarasız lampa, 23 ədəd drossel, 70 m yanmış kabel, Biləcəri və Binəqədidə 59 ədəd yararsız lampa, 20 ədəd drossel, 70 m yanmış kabel, 6-cı mikrorayonda 26 ədəd yararsız lampa, 5 ədəd drossel, 40 m yanmış kabel, 7-ci mikrorayonda 46 ədəd yararsız lampa, 8 ədəd drossel, 40 m yanmış kabel, 8-ci mikrorayonda 56 ədəd yararsız lampa, 8 ədəd drossel, 70 m yanmış kabel dəyişdirilib.
Rayon ərazisində 18 binanın fasadında əsaslı təmir işləri davam etdirilir.
Yaşayış binalarının 25 girişində təmir işləri aparılır, 1 binada çardaqlı dam örtüyündə əsaslı təmir işləri aparılır.
4 binada 1680 kv metr yumşaq dam örtüyü təmir edilib.
4 binanın həyətində abadlıq işləri aparılır, 1 binanın həyətində əhalinin kütləvi tədbirlər evinin yenidən qurulması işləri davam etdirilir.
9-cu mikrorayonda 9 ədəd yeni liftin quraşdırılmasına başlanılıb, 3 binada yük lifti yenisi ilə əvəz edilib.

Keçidlər