Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Sakinlərin Müraciət Xidməti-1646-nın və “Binəqədi” qəzetinin kollektivini fəaliyyətlərinin 1 ilinin tamam olması münasibətilə təbrik etdi

11 fevral 2014 | 11:00

Fevralın 10-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Rayon İcra Hakimiyyətinin 1646 – Sakinlərin Müraciəti Xidmətinin yaradılmasının və  “Binəqədi” qəzetinin yenidən fəaliyyətə başlamasının bir ilinin tamam olması münasibətilə xidmətin əməkdaşlarını və qəzetin yaradıcı kollektivini qəbul etdi.
Görüş zamanı hər iki qurumun əməkdaşlarını təbrik edən X.İsgəndərov sakinlərin üzləşdikləri problemlərin operativ həllində 1646 - SMX-nin əhəmiyyətindən danışdı və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində səmərəli işləməyin vacibliyini vurğuladı.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə, eləcə də Binəqədi rayonunda görülən işlərin məhz vətəndaşlarımızın rifahına xidmət etdiyini diqqətə çatdıran Rayon İcra Hakimiyyətinin başçısı həmçinin, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin işıqlandırılmasında “Binəqədi” qəzetinin xüsusi rol oynadığını qeyd etdi, bu mətbu orqanın yenidən işıq üzü görməsini rayon üçün əhəmiyyətli hadisə kimi səciyyələndirdi.
Sakinlərin Müraciəti Xidmətinin rəisi Anar Səfərov və “Binəqədi” qəzetinin baş redaktoru Rüfət Mərdanov öz fəaliyyətləri barədə məlumat verdi, onlara göstərilən diqqət və qayğıya, yaradılan əlverişli iş şəraitinə görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Onlar gələcək fəaliyyətlərində də rayon rəhbərliyinin tapşırıq və tövsiyyələrinə əməl edəcəklərini, onlara göstərilən etimadı doğruldacaqlarını vurğuladılar.
Görüşün sonunda, Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla  SMX və “Binəqədi” qəzetinin kollektivi xatirə şəkli çəkdirdi.

Keçidlər