Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin kütləvi tibbi müayinəsinə başlanıldı

21 fevral 2014 | 11:00

Prezident İlham Əliyevin səhiyyə sahəsində müəyyən etdiyi proqramlarının başlıca istiqamətləri tibb müəssisələrinin təmir və bərpası, onların ən müasir avadanlıqlarla təchiz olunması, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin daha dolğun təşkilidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrasına hər yerdə olduğu kimi Binəqədi rayonunda da uğurla başlanılıb. Müayinələrin ilk günündə rayon ərazisində fəaliyyət göstərən tibb  müəssisələrinə çoxlu sayda vətəndaş müraciət edərək dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən müayinələrdən yararlanıb. Burada onlar ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunub, eləcə də ultrasəs müayinələrindən keçiblər. Xəstəlik aşkarlanan insanlar müvafiq müalicə prosesinə cəlb olunublar.
Binəqədi Rayon İcra Hakimiyyətində cənab Prezidentin tapşırığının icrası ilə bağlı operativ tədbirlər görülüb. Bu məqsədlə tədbirlər planı hazırlanıb, komissiya və işçi qrupu yaradılıb. Rayonda olan bütün səhiyyə müəssisələri müayinələrin aparılması üçün tam hazır vəziyyətdədir. Dövlət başçısının tapşırığına əsasən, müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Bütün bunlar  Prezident İlham Əliyevin xalqımızın sağlamlığına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
17 fevral tarixindən 20 fevral tarixinə kimi 4894 nəfər rayon sakini icbari müayinədən keçib. Eyni zamanda növbəlilik sistemi əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir. Bu proses may ayının 1-nə kimi davam edəcək.

Keçidlər