Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda əhalinin tibbi müayinəsi uğurla davam etdirilir

23 fevral 2014 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrasına hər yerdə olduğu kimiBinəqədi rayonunda da uğurla başlanılıb.
Binəqədi Rayon İcra Hakimiyyətində cənab Prezidentin tapşırığının icrası ilə bağlı operativ tədbirlər görülüb. Bu məqsədlə tədbirlər planı hazırlanıb, komissiya və işçi qrupu yaradılıb. Rayonda olan bütün səhiyyə müəssisələri müayinələrin aparılması üçün tam hazır vəziyyətdədir.
17 fevral tarixindən 22 fevral tarixinə kimi 10 000 nəfərə yaxın rayon sakini icbari müayinədən keçib. Eyni zamanda növbəlilik sistemi əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.Bu proses may ayının 1-nə kimi davam edəcək.

Keçidlər