Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Xocalıdan olan şəhid və aztəminatlı ailələrlə görüş keçirildi

25 fevral 2014 | 11:00

2014-cü il fevralın 24-də Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Goradil bağlar massivində yerləşən 2 saylı Evtikmə Kombinatının istirahət zonasında məskunlaşmış Xocalıdan olan sakinlərlə görüş keçirildi.
Görüş zamanı Xocalı soyqırımı zamanı şəhid olmuş insanların ailələrinə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının adından başsağlığı verildi. Xocalı soyqırımı zamanı həm fiziki, həm də mənəvi terrora məruz qalmış insanlarla görüş zamanı onlar mütəmadi olaraq dövlət qayğısı ilə əhatə olunduqlarını qeyd etdilər. Məcburi köçkünlər erməni qəsbkarlarının törətdiyi bu soyqırıma məhz Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini vurğuladılar. Xocalılılar onlara göstərilən diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Sonda Rayon İcra Hakimiyyəti tərəfindən Xocalıdan olan 140 şəhid və aztəminatlı ailəyə maddi  və  humanitar yardım göstərildi.

Keçidlər