Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 22-ci il ildönümünə həsr edilmiş anım tədbiri keçirildi

25 fevral 2014 | 11:00

Fevral ayının 24-də Binəqədi rayonu 135 saylı tam orta məktəbdə Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə anım tədbiri keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi RİH başçısı Aparatının məsul işçiləri, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi Binəqədi rayon şöbəsinin sədri Ayna Novruzova, rayonun fəal gəncləri və məktəblilər iştirak edirdilər.
Tədbir çərçivəsində ilk öncə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyevanın iştirakı ilə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təşkil etdiyi XX əsrin əvvəllərindən etibarən erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı törətdiyi qırğın və qətliamları, o cümlədən Xocalı həqiqətlərini əks etdirən fotosərgiyə, eləcə də Binəqədi Rayon İcra hakimiyyəti ilə rayonun Gənclər və İdman İdarəsinin “Xocalı Qan Yaddaşımız” mövzusunda rayon məktəbliləri arasında keçirdiyi rəsm müsabiqəsi iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış oldu. Həmin mövzuda rayonun orta məktəb şagirdləri arasında inşa müsabiqəsi də keçirilmişdir.
Məktəbin akt zalında Binəqədi Rayon Mərkəzi Mədəniyyət Evinin təşkil etdiyi şagirdlərin ifasında təqdim olunan bədii kompozisiyada soyqırım gerçəklikləri bədii lirikanın dili ilə tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Anım tədbiri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyevanın çıxışı ilə davam etdi. A.Əliyeva zəngin və keşməkeşli tarixə malik xalqımızın qan yaddaşına həkk olunmuş Xocalı faciəsinin sadəcə bir qırğın aktı olmadığını, milli mənsubiyyətinə görə bir topluma qarşı törədilmiş soyqırım olduğunu bildirdi. Vurğulandı ki, bu gün Azərbaycanın müstəqil, suveren dövlət kimi, regional və beynəlxalq miqyasda böyük uğurlara imza ataraq tərəqqi edən ölkələr sırasında yer alması belə qəsdlərin xalqımızın əzmini qıra bilmədiyinin göstəricisidir.
Daha sonra Xocalı soyqırımının canlı şahidi, erməni vəhşiliyini öz gözləri ilə görmüş Sahil Həsənov həmin gün dinc, əliyalın insanlara, ixtiyar qocalara, məsum körpələrə qarşı azğın erməni qəsbkarlarının amansızlığını xatırladı və insanlıq əleyhinə yönəlmiş bu cinayət barədə acı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.
Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlının çıxışından sonra tədbir Binəqədi Rayon Gənclər və İdman İdarəsinin keçirdiyi rəsm inşa müsabiqələrinin qaliblərinin fəxri fərmanlarla təltif olunması ilə yekunlaşdı.

Keçidlər