Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Xocalı soyqırımına həsr olunmuş “Xəcalət” tamaşası nümayiş etdirildi

25 fevral 2014 | 11:00

Fevralın 24-də Binəqədi rayonu Biləcəri qəsəbəsi Dəmiryolçuların Mədəniyyət Evində tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun Xocalı soyqırımına həsr olunmuş “Xəcalət” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş etdirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanan tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ifasında nümayiş etdirildi. Tədbir Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, rayonun təhsil müəssisələrindən müəllim və şagirdlər, səhiyyə müəssisələrindən tibb işçiləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirildi.
Tamaşaçılar arasında əsərin müəllifi millət vəkili Hüseynbala Mirələmov və millət vəkili  Madər Musayev də var idi.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə gənclər və yeniyetmələr arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, qan yaddaşımızın təzələnməsi, gənclərin dövlətə və millətə sədaqət ruhunda formalaşmasına yönəlmiş tədbirlərdən biri kimi, bu tamaşanın nümayişi də  geniş tamaşaçı auditoriyası tərəfindən həssaslıq və böyük maraqla qarşılandı.
Tamaşada Qarabağla bağlı Azərbaycan həqiqətləri, erməni qəsbkarlarının əzəli yurd yerlərimizi işğal etməsi, soydaşlarımızı qırğınlara, qətliamlara məruz qoyması bədii obrazlar vasitəsilə canlandırıldı.

Keçidlər