Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirildi

01 mart 2014 | 11:00

2014-cü il fevralın 28-də  Biləcəri qəsəbəsi, 284 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun Biləcəri qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 175 nəfər qəsəbə  sakini iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Daha sonra qəsəbə sakinlərindən Asim Atakişiyev, Əli İbrahimov, Əlibala Hacıyev, Qadir Mehdiyev, Samirə Vəliyevə, Aybəniz Əsədovavə başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.

Keçidlər