Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2014-cü ilin fevralında daxil olan müraciətlər

04 mart 2014 | 11:00

2014-cü ilin fevral ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə (1646)  daxil olmuş zənglərin sayı - 4625, cavablandırılmış zənglərin sayı - 4102, birbaşa cavablandırılmış zənglərin sayı - 3381,  yaradılmış əks əlaqələrin sayı - 1031, 1 operator üzrə zənglərin orta sayı - 138, tərtib edilmiş şikayət vərəqələrinin sayı - 721 olub.
İcraçılıq səviyyəsi - 95 %, xidmət səviyyəsi - 92,7 % olub.
Şikayət xarakterli müraciətin 685-i və ya 95 %-nin icrası təmin edilib, o cümlədən 618-i və ya 90,2 %-i tam həll olunub, 5-i və ya 0,7 %-i qismən həll edilib,  62 şikayət və ya 9,1-i  % müvafiq izahat verilərək həll edilib, 36-sı və ya 5 %-nin həlli icraatdadır.
Fevral ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 258-i və ya 35,8 %-i  su-kanalizasiya, 142-si və ya 19,7 %-i qaz təchizatı, 32-si və ya 4,4 %-i elektrik enerjisi, 69-u  və ya 9,5 %-i lift problemləri, 37-si və ya 5,2 %-i yolların yararsız olması, 108-i və ya 15,1 %-i istilik təchizatı, 23-ü və ya 3,1 %-i zibil və tullantılar ilə əlaqədar, 52-si və ya 7,2 %-i isə sakinləri narahat edən digər məsələlərlə əlaqədar olub.

Keçidlər