Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində fevralda aparılmış abadlıq-quruculuq işləri

04 mart 2014 | 11:00

Binəqədi rayonu ərazisində 2014-cü ilin fevral ayı ərzində 441 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 158 p/m su xətti dəyişdirilib.
418 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 329 p/m kanalizasiya xətti dəyişdirilib, 2860 p/m kanalizasiya xətti simlə, 450 p/m kanalizasiya xətti maşınla təmizlənib.
Binəqədi QİS ərazisində ümumilikdə 4456 p/m qaz xətti çəkilib, 204 ədəd smartkart tipli sayğac quraşdırılıb.
7-ci mikrorayonda binaların istilik xəttində dik dayaqlarda 9 m  boru bərpa olunub, 2 ədəd siyirtmə dəyişdirilib, 8-ci mikrorayonda yaşayış binalarının istilik xəttində dik dayaqlarda 80 m boru bərpa edilib, 32 m boru dəyişdirilib, Azadlıq prospekti, Naxçıvani, S.S.Axundov və C.Hacıbəyli küçələrində yaşayış binalarında dik dayaqlarda 106 m boru bərpa edilib.
3 saylı istilik qazanxanasında təmir-bərpa və proflaktiki tədbirlər görülüb.
TM-307-dən Azadlıq prospekti 189 saylı binaya (L=110 m) və 9-cu mikrorayon 20 saylı binaya (L=115 m) yeni kabel xəttləri çəkilib.
TM-643 1ədəd 1600 A baş ayrıc quraşdırılıb, DSK-3-də 1453 saylı KTM-də qaçqınlar üçün 400 kv transformator 630 kv-a ilə əvəz olunub (L=200 m).
TM-582-də Rəsulzadə qəsəbəsində SO-70 paylayıcı lövhə quraşdırılıb.  
6-cı mikrorayonda yaşayış binalarının istilik xəttində təmir və bərpa işləri aparılıb.
9-cu mikrorayonda və Z.Əliyeva adına parkda 93 ədəd yarasız lampa, 22 ədəd drossel, 85 m yanmış kabel, Biləcəri və Binəqədi qəsəbələrində 52 ədəd yararsız lampa, 38 ədəd drossel, 180 m yanmış kabel, 6-cı mikrorayonda 20 ədəd yararsız lampa, 5 ədəd drossel, 35 m yanmış kabel, 7-ci mikrorayonda 30 ədəd yararsız lampa, 7 ədəd drossel, 40 m yanmış kabel, 8-ci mikrorayonda 40 ədəd yararsız lampa, 10 ədəd drossel, 75 m yanmış kabel dəyişdirilib.
Rayonda 18 binanın fasadında əsaslı təmir işləri davam etdirilir, 6 yaşayış binasının  girişlərində təmir işləri aparılır, 1 binada 500 kv.m yumşaq dam örtüyü təmir edilib.
8-ci mikrorayonda 2 binanın su xəttləri yenidən çəkilir və sayğaclaşdırılır.
4 binanın həyətində abadlıq işləri aparılır, 1 binanın həyətində əhalinin kütləvi tədbirlər evinin yenidən qurulması işləri davam etdirilir.
5 binanın lifti yenisi ilə əvəz edilib.

Keçidlər