Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda mədəni-kütləvi tədbirlərdə fəallıq göstərən məktəblilər mükafatlandırıldı

05 mart 2014 | 11:00

Martın 4-də Binəqədi rayonunun ictimai-mədəni həyatında fəal iştirak etmiş rayonun 299 saylı tam orta məktəbin şagirdlərinin təltif olunması ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə iştirak edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva məktəblilərin fəallığından danışdı, xüsusilə Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə Biləcəri qəsəbəsində Milli Qəhrəmanlarımızın şərəfinə ucaldılmış abidənin açılış mərasimindəki çıxışlarının maraqla qarşılandığını bildirdi. A.Əliyeva şagirdlərin vətənpərvərlik ruhunda təqdim olunan ifasında canlandırılan səhnəciklər, nümayiş olunan bədii kompozisiyaların sanki peşəkar incəsənət ustaları tərəfindən hazırlanması təəssüratını yaratdığını,  belə ifaların yeniyetmə və gənclər arasında vətənə məhəbbət, dövlətçiliyə sədaqət duyğularının güclənməsinə xidmət etdiyini qeyd etdi. Bu gün gənclərin öz istedad, bilik və bacarıqlarını nümayiş etdirmələri üçün dövlət başçısı cənab İlham Əliyev tərəfindən hərtərəfli şəraitin yaradıldığı vurğulandı. Gənclərin qazandığı nailiyyətlərin məhz yaradılan şərait və göstərilən diqqətlə birbaşa bağlı olduğu bildirildi.
Binəqədi rayonu 299 saylı tam orta məktəbin  direktoru Solmaz Kazımova təhsilə, məktəblilərə, ümumiyyətlə gənclərə göstərilən diqqətə, yaradılan şəraitə görə Prezident İlham Əliyevə öz minnətdarlığını bildirdi, rayonda gedən genişmiqyaslı quruculuq işlərinə toxunaraq, məktəblərin hər cür maddi-texniki təchizatla təmin olunduğunu söylədi.
Sonda rayonun ictimai-mədəni həyatında fəal iştirak edən məktəblilər Rayon İcra Hakimiyyətinin hədiyyələri ilə mükafatlandırıldı və Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular.

Keçidlər