Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq və yeniyetmələr arasında futbol turnirinin açılış mərasimi oldu

06 mart 2014 | 11:00

05 mart 2014-cü il tarixdə  Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası və “05 Mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə uşaq və yeniyetmələr arasında futbol turnirinin açılış mərasimi oldu. Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin direktoru Mustafa Həsənov və Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov bildirdi ki, dünyada sevilən idman növlərindən biri olan futbolun inkişafına dövlət tərəfindən böyük diqqət ayrılır. Son illər ölkəmizdə bu sahədə bir sıra tədbirlər həyata keçirilib. “2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın qəbulu futbolun yüksəlişinə ciddi təkan verib. Paytaxtla yanaşı, bölgələrdə də futbolun inkişafına xidmət edən yüzlərlə futbol meydançaları tikilib və ya təmir edilərək əhalinin istifadəsinə verilib. Uşaq və yeniyetmələr arasında futbol turnirinin keçirilməsi potensialı olan uşaqları aşkarlamaq və uşaq futbolunu inkişaf etdirməklə yanaşı, onların zərərli vərdişlərdən çəkinməsi, asudə vaxtlarının səmərəli təşkil olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin məsul işçisi Elçin Məmmədov və "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin direktoru Mustafa Həsənov çıxış edərək ölkəmizdə yeniyetmə və gənclər arasında futbola olan maraqdan danışdılar.
Daha sonra futbol turnirinə start verildi.
08.03.2014-cü il tarixədək davam edəcək turnirdə 8 komanda tərkibində 120 yeniyetmə qalib adı uğrunda mübarizə aparacaq. Turnirin yekununda qaliblər kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaqdır.

Keçidlər