Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı yaradılmasının 21 illiyini qeyd etdi

07 mart 2014 | 11:00

6 mart 2014-cü il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında rayon partiya təşkilatının yaradılmasının  21 illiyi münasibətilə təntənəli tədbir keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Yeni Azərbaycan Partiyası  İdarə  Heyətinin üzvü Kərim Kərimov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri və aparatın şöbə müdirləri, ərazi ilk partiya təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak edirdilər.
Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib gül dəstələri qoydular.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov rayon partiya təşkilatının yaradılmasının 21 illiyi münasibətilə iştirakçıları təbrik edərək, YAP Binəqədi Rayon Təşkilatının 7 mart 1993-cü ildə yaradılmasından, təşkilatın keçdiyi yoldan və fəaliyyətindən danışdı. O tarixə qısa nəzər salaraq, 1992 -ci ildə Azərbaycanın gələcək taleyini düşünən bir qrup  ziyalının ümummilli lider Heydər Əliyevə müraciətini və Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd etdi. YAP Binəqədi Rayon Təşkilatının sədri həmin dövrdə Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, lakin bütün çətinliklərə baxmayaraq ulu öndər Heydər Əliyevin üzaqgörən siyasəti nəticəsində inkişaf etdiyini və bu gün bu inkişaf siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirdi. Sədr 2013-cü il 9 oktyabr prezident seçkilərinə  toxunaraq bu dövrdə YAP Binəqədi Rayon Təşkilatının seçkinin nəticələrinə görə ölkə üzrə ilk yerlərdə qərarlaşdığını və bu dövrdə rayon partiya təşkilatının səmərəli fəaliyyət göstərdiyini qeyd etdi. Ramiz Göyüşov YAP Binəqədi Rayon Təşkilatının sıralarında on dörd min üzvün və bu üzvlərin 53 faizinin gənclərdən ibarət olduğunu bildirdi.
Sonra çıxış edən YAP İcra Katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov qeyd etdi ki, Binəqədi Rayon Təşkilatı partiyanın ilk yaranan on rayon təşkilatından, Bakı şəhəri üzrə isə yaranan təşkilatların birincilərindəndir. Rayon Partiya Təşkilatı 21 il ərzində gərgin yol keçib. O, Yeni Azərbaycan Partiyasının Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində müstəsna rolundan danışdı və bildirdiki, YAP Binəqədi Rayon Təşkilatını yaradan insanlar həmin dövrdə cəmiyyətdə çətinliklərdən keçərək əzmkarlıq nümayiş etdirdilər.
Sonra çıxış edən YAP İdarə Heyətinin üzvü Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov YAP Binəqədi Rayon Təşkilatının yaradılmasından danışaraq 7 mart 1993-cü ildə Binəqədi Rayon Partiya Təşkilatının yaranmasında zəhməti olanlara minnətdarlığını bildirdi. 
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov iştirakçıları rayon partiya təşkilatının yaranmasının 21 illiyi münasibətilə təbrik etdi. Natiq Binəqədi rayonunda gedən abadlıq-quruculuq işlərini vurğuladı, son dövrlər rayonun çox inkişaf etdiyini qeyd edərək Rayon İcra Hakimiyyəti başçısına bu istiqamətdə aparılan işlərə görə öz təşəkkürünü ifadə etdi.
Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov tədbir iştirakçılarına Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun təbrikini çatdırdı. O, ölkədə aparılan iqtisadi inkişafdan danışaraq, bu inkişafın Bakı şəhərinin bir hissəsi olan Binəqədi rayonunda da uğurla aparıldığını qeyd etdi. Ölkənin inkişafında Yeni Azərbaycan Partiyasının xüsusi rolunun olduğunu qeyd edildi.
Sonra Binəqədi rayonunun ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup şəxsə fəxri fərmanlar və hədiyyələr verildi, Yeni Azərbaycan Partiyası  sıralarına yenicə daxil olmuş bir qrup şəxsə isə partiya vəsiqələri təqdim edildi.
Sonda tədbir bədii hissə ilə davam etdirildi.

Keçidlər