Şriftin ölçüsü :

Saytın rəngi :

“Gələcəyin mühəndisləri” adlı layihə çərçivəsində məktəblilərlə görüş keçirildi

07 mart 2014 | 11:00

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gələcəyin mühəndisləri” layihəsi çərçivəsində rayon məktəbliləri ilə davamlı görüşlər keçirilib. Belə görüşlərdən biri də martın 6-da Binəqədi rayonu 3 saylı tam orta məktəbdə gerçəkləşdi. Layihənin əsas məqsədi 9-11-ci sinif şagirdlərini dövlətimizin sənayenin inkişafında prioritet sayılan "Mühəndislik" ixtisasları üzrə istiqamətləndirmək, təhsil aldıqları müddətdə gələcəyin mühəndisləri ilə müxtəlif proqramlar çərçivəsində maarifləndirici işlər aparmaq və gələcək üçün peşəkar kadrlar yetişdirməkdir.
Görüşdə Binəqədi rayonunda yerləşən 3, 102, 135, 144, 276, 267, saylı orta  məktəblərin yuxarı sinif şagirdləri iştirak edirdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin məsul işçisi Seymur Hacıyev məktəblilərin gələcək peşə-ixtisas seçiminə düzgün istiqamət vermək nöqteyi-nəzərindən belə layihələrin reallaşdırılmasının əhəmiyyətli olduğunu bildirdi.
ARDNŞ-nin Baş ofisinin məsul əməkdaşı Nicat Əliyev isə bu tip səmərəli layihələrin həyata keçirilməsində yaradılan əlverişli şəraitə və göstərdiyi hərtərəfli dəstəyə görə  Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova öz minnətdarlığını bildirdi.
Görüşün sonunda tədbirdə iştirak edən məktəblərin əlaçı şagirdlərinə  mükafatlar təqdim olundu.

Keçidlər