Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti Milli Qəhrəmanların analarını təbrik etdi

08 mart 2014 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti Milli Qəhrəmanların analarını 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etdi.
Vətənə, onun ərazi bütövlüyü və suverenliyini yağı düşmənlərdən həyatı bahasına qoruyan qəhrəman övlad bəxş etmiş analar Milli Qəhrəmanlardan Vəzir Sədiyevin anası Nənəqız Sədiyeva, Fərhad Hümbətovun anası Salatın Hümbətova, İbrahim Məmmədovun anası Zemfira Məmmədova və Muxtar Qasımovun anası Şəfiqə Qasımova evlərində ziyarət edildi, onlara Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adından ən xoş arzular çatdırıldı.
Milli Qəhrəmanların anaları onlara göstərilən daimi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Keçidlər