Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirildi

09 mart 2014 | 11:00

Martın 7-də Binəqədi rayonunda 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə tədbir keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın əməkdaşları və rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən qadınlar iştirak edirdi.
Bayram tədbirinin rəsmi hissəsində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov xanımlara Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun təbriklərini çatdırdı. O, cəmiyyətdə və ailədə qadınların rolundan danışaraq bildirdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sferalarında bərabər imkanlar yaradılıb. Onların bütün sahələrdə kişilərlə yanaşı geniş təmsil olunmalarını ölkəmizdə dövlət səviyyəsində qadınlara göstərilən ehtiramın bariz nümunəsi olduğunu qeyd etdi.
Tədbirin gedişində rayonun ictimai-mədəni həyatında fərqlənən qadınlar Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olundu, onlara bayram hədiyyələri təqdim edildi.
Bədii hissə ilə davam edən bayram tədbirində Binəqədi rayon sakini modelyer Ləman Məhəmmədzadənin moda kolleksiyası nümayiş etdirildi.
Tədbir tanınmış estrada ulduzlarının ifasında şən mahnılar və  Fikrət Əmirov adına 6 saylı 11 illik uşaq incəsənət məktəbinin şagirdlərinin ifa etdiyi musiqi parçaları və rəqslərlə davam etdirildi.

Keçidlər