Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda binaların həyətləri və məhəllələr asfaltlanır

14 mart 2014 | 11:00

Binəqədi rayonu ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində yaz-yay mövsümünün gəlişi ilə əlaqədar rayonun müxtəlif ərazilərində, həyətlərində və məhəllədaxili yollarda əsaslı və cari asfaltlanma işlərinə başlanılıb.
Rayon ərazisindəki 6-cı mikrorayon, 1410-cu keçid, 4 saylı binanın həyətində, 8-ci mikrorayon, N.Nərimanov küçəsi 21 və İ.Dadaşov küçəsi 91 saylı binaların həyətində, 9-cu mikrorayon, H.Babaşov küçəsi 5 və 7 saylı binaların həyətində,  Ə.Naxçıvani küçəsi 7 və 8 saylı binaların həyətində, Dərnəgül yaşayış massivi, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov, Ə.Məmmədov, C.Cabbarlı küçələri və sair ünvanlarda əsaslı və cari asfaltlama işləri aparılıb.
Hal-hazırda  bu istiqamətdə işlər davam etdirilir.

Keçidlər