Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı ilə birgə humanitar aksiya keçirdi

16 mart 2014 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkədə əhalinin tibbi müayinədən keçirilməsi davam etdirilir. Tapşırığın icrasına uyğun olaraq Binəqədi rayonunda da müvafiq tədbirlər görülür. Əhalinin tibbi müayinəsi rayonda uğurla icra olunur.
Mart ayının 15-dəBinəqədi Rayon İcra Hakimiyyəti və YAP-ın Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə humanitar aksiyahəyata keçirildi. Milli birlik və həmrəylik simvolu olan Novruz bayramı ərəfəsində reallaşdırılan aksiya çərçivəsində rayonda məskunlaşmış məcburi köçkün, aztəminatlı, çoxuşaqlı ailələrdən və valideyn himayəsindən məhrum olan ümumilikdə 80 nəfər uşaq sünnət olundu. Tədbir dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq yeni təmirdən çıxmışƏ.D.Məlikov adına 6 saylı Birləşmiş Rayon Xəstəxanasında gerçəkləşdirildi.İlk öncə uşaqlar yüksək standartlara uyğun tibbi müayinədən keçirildi, daha sonra sünnət olundu. Həmin uşaqlara maddi yardım göstərildi və tibbi paketlər təqdim olundu.
Uşaqların valideynləri və yaxınları bayram öncəsi gerçəkləşdirilənxeyriyyə aksiyasına görə təşkilatçılara minnətdarlıqlarını bildirdilər.

Keçidlər