Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi qəsəbə nümayəndəliyində “Açıq qapı” vətəndaş forumu keçirildi

15 mart 2014 | 11:00

Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi əsas prinsiplərdir.Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edildi. Milli Fəaliyyət Planına uyğun olaraqBinəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiqlənmiş tədbirlər planına müvafiq olaraq Binəqədi rayonunda bu istiqamətdə tədbirlər həyata keçirilməkdədir. Belə ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yerlərdə və qəsəbələrdə sakinlərlə mütəmadi səyyar görüşlər keçirir. Belə görüşlər əhalinin problemlərinin həllində mühüm rol oynamaqla yanaşı, qəbul edilən qərarlarda, görülən işlər və atılan addımlarda ictimaiyyətin iştirakına əlverişli şərait yaradır.
Belə görüşlərdən biri kimi rayonun Binəqədi qəsəbə nümayəndəliyində “Açıq qapı” vətəndaş forumu keçirildi. Görüşdə Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə və müəssisələrin rəhbərləri, habelə qəsəbə sakinləri iştirakedirdi. Görüşdə qəsəbə sakinlərini narahat edən problemlər dinlənildi. Həmin problemlərin bir qisminin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə RİH başçısı tərəfindən yerindəcə tapşırıqlar verildi, bir qisminin həlli isə nəzarətə götürüldü.
Rayon İcra Hakimiyyətinin başçısı və görüşdə iştirak edən digər məsul şəxslər Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin yeni inzibati binası və işçilərə yaradılan şəraitlə tanış oldular.

Keçidlər