Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yaşıllıq ayı çərçivəsində iməcilik keçirildi

17 mart 2014 | 11:00

Ölkədə bütün sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsinə də dövlət tərəfindən xüsusi diqqət yetirilir. Dövlət başçısının tapşırığına əsasən, ölkədə, eləcə də paytaxtın Binəqədi rayonunda genişmiqyaslı yaşıllaşdırma işləri həyata keçirilir. Rayondakı yaşıllaşdırma tədbirləri daha intensiv xarakter almış, mart ayı Binəqədi rayonunda yaşıllıq ayı elan olunmuşdur. Ekoloji mühitin yaxşılaşmasına xidmət edən Yaşıllıq ayı çərçivəsində rayonda ümumilikdə 5000-dən artıq ağacın əkilməsi nəzərdə tutulmuş, onlardan 3000-ə yaxını əkilmişdir. Rayonun 9-cu mikrorayon ərazisində yerləşən “Zeytunluq bağları” adlanan sahədə əvvəllər kəsilmiş ağacların yerində yeni zeytun ağacları əkilib və qorunması məqsədilə metal torla hasarlanmışdır.
Yaşıllıq ayı çərçivəsində keçirilən tədbirlərin davamı olaraq mart ayının 15-də Binəqədi rayonunda iməcilik keçirildi. Novruz bayramı ərəfəsində yazın gəlişi ilə əlaqədar olaraq təşkil olunan bu ictimai faydalı tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Madər Musayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və məsul işçiləri, hüquq-mühafizə orqanları, eləcə də rayonun idarə, təşkilat və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdi. Aksiyada 1000 ədəd zeytun ağacı əkildi.
Binəqədi rayonunda yaşıllaşdırma tədbirlərinin səciyyəvi cəhəti ondan ibarətdir ki, burada əkilən ağac və bitkilərin faydalılığı, iqlimə uyğunluğu və mühitə adaptasiya olunma qabiliyyəti nəzərə alınmaqla yanaşı, onlara vaxtında və gecikdirilmədən aqrotexniki qulluq göstərilir, həmçinin yaşıllıqların qorunması istiqamətində tədbirlər həyata keçirilir.

Keçidlər